"Beşiktaş"ın gənc futbolçusu ulduz oyunçularla eyni siyahıda yer aldı
21 yaşadək futbolçular arasında 2024-cü ildə komandanın məhsuldarlıq göstəricisində (qol və məhsuldar ötürmə) ən çox pay sahibi olan futbolçuların adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, zirvədə Leverkuzen "Bayer"inin hücumameyilli yarımmüdafiəçisi Florian Virts qərarlaşıb (36 oyuna 25 dəfə).
2-3-cü pillələri müvafiq olaraq, "Leyptsiq"dən Benyamin Şeşko (29 oyuna 22 dəfə), "Barselona"dan Lamin Yamal (37 oyuna 22 dəfə) bölüşdürürlər.
Camal Musiala ("Bayern", 28 oyuna 18 dəfə), Çud Bellinqem ("Real", 29 oyuna 16 dəfə), Semih Kılıçsoy ("Beşiktaş", 33 oyuna 16 dəfə), Abbosbek Fayzullayev (ÇSKA, 27 oyuna 15 dəfə), Yohan Bakayoko (PSV, 31 oyuna 15 dəfə), Alexandro Qarnaço ("Mançester Yunayted", 35 oyuna 15 dəfə), Aleksek Batrakov ("Lokomotiv" (Moskva), 20 oyuna 14 dəfə) növbəti sıralarda yer alıblar.