Miroslav Kloze Mahirdən narazıdır
"Mahir topla kifayət qədər yaxşı oynamırdı. O, yetərincə çevik deyildi".
Mediasport.az xəbər verir ki, bu sözləri Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze deyib.
Gənc mütəxəssis 2-ci Bundesliqanın son üç matçında, ümumilikdə ardıcıl son 4 oyunda qol vuran Azərbaycan millisinin hücumçusu barədə danışıb.
Almaniya futbolunun əfsanəsi Mahirin son turda "Hamburq"la görüşdə çıxışından razı qalmadığını bildirib:
“Mənim fikrimcə, o qədər də yaxşı oynamadı. Qapı önündə lazım olan mövqelərə gec açılırdı. Bunun üzərində işləməlidir”.
Xatırladaq ki, Emreli "Hamburq"la qarşılaşmanın 62-ci dəqiqəsində vurduğu qolla komandasına səfərdə 1 xal qazandırıb.