Veşoviç və Kuçlu Monteneqro üçün səfər sınağı - UEFA Millətlər Liqası

Veşoviç və Kuçlu Monteneqro üçün səfər sınağı - UEFA Millətlər Liqası

UEFA Millətlər Liqasında 4-cü turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 10 qarşılaşma baş tutacaq.

Azərbaycan millisi doğma azarkeşlər önündə Slovakiyanı qəbul edəcək.

"Qarabağlı" Marko Veşoviçin və "Neftçi"li Edvin Kuçun da çıxış etdiyi Monteneqro Uelslə dueldə qələbəyə ümid edəcək.

Türkiyə səfərdə İslandiyanın qonağı olacaq.

Günün ən maraqla gözlənilən matçları Belçikada və Almaniyada keçiriləcək.

UEFA Millətlər Liqası. 4-cü tur

A Liqası. 2-ci qrup

22:45 Belçika - Fransa

22:45 İtaliya - İsrail

Xal durumu: İtaliya - 7, Fransa - 6, Belçika - 4, İsrail - 0

A Liqası. 3-cü qrup

22:45 Bosniya və Herseqovina - Macarıstan

22:45 Almaniya - Niderland

Xal durumu: Almaniya - 7, Niderland - 5, Macarıstan - 2, Bosniya və Herseqovina - 1

B Liqası. 1-ci qrup

20:00 Gürcüstan - Albaniya

22:45 Ukrayna - Çexiya

Xal durumu: Gürcüstan - 6, Çexiya - 6, Albaniya - 3, Ukrayna - 3

B Liqası. 4-cü qrup

22:45 İslandiya - Türkiyə

22:45 Uels - Monteneqro

Xal durumu: Türkiyə - 7, Uels - 5, İslandiya - 4, Monteneqro - 0.

C Liqası. 1-ci qrup

20:00 Azərbaycan - Slovakiya

22:45 Estoniya - İsveç

Xal durumu: İsveç - 7, Slovakiya - 7,  Estoniya - 3, Azərbaycan - 0