Salah "Liverpul"a "Mançester Siti" üzərində vacib qələbə qazandırdı

Salah "Liverpul"a "Mançester Siti" üzərində vacib qələbə qazandırdı

İngiltərə Premyer Liqasında 10-cu tura yekun vurulub.

mediasport.az xəbər verir ki, turun mərkəzi qarşılaşması "Enfild"də baş tutub.

Cari mövsüm liqada qeyri-stabil çıxış edən "Liverpul" doğma meydanda barışmaz rəqibi "Mançester Siti" ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini 1 qol həll edib və 76-cı dəqiqədə "qırmızılar"ın lideri Məhəmməd Salah fərqlənib - 1:0.

1 oyun az keçirən Yürgen Kloppun komandası bu qələbə sayəsində xal ehtiyatını 13-ə çatdıraraq turnir cədvəlində 8-ci pilləyə yüksəlib. Xosep Qvardiolanın "şəhərlilər"i isə məğlubiyyətə baxmayaraq, 10 matçdan sonra 23 xalla ikinci pillədəki mövqeyini qoruyub.