Baraxa "Valensiya"da qaldı
Fevralda "Valensiya"ya baş məşqç təyin olunan Ruben Baraxanın gələcək fəaliyyəti məlum olub.
MediaSport.az xəbər verir ki, klub 47 yaşlı ispaniyalı mütəxəssislə müqaviləni uzadıb.
Baraxanın yeni sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Uzun müddət La Liqadan enmə zonasında olan "yarasalar" Baraxanın gəlişindən sonra toparlanaraq çempionatda qala bildilər.