Liderdən darmadağın, "Veteran" çətin qələbə qazanıb - 4-cü tur

Liderdən darmadağın, "Veteran" çətin qələbə qazanıb - 4-cü tur

Minifutbol üzrə Azərbaycan çempionatında 4-cü tur başa çatıb.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma oynanılıb.

Çempionluğa iddialı kollektivlər - "Birbaşa Bakı" və "Zirə" ardıcıl 4-cü qələbəni qazanıblar. 

Xatırladaq ki, turun "Baku Fire" - "Qalaxy Bakı" (1:4), "Atəşgah" - "Aznur" (5:1), "Odlar Yurdu" - "Sumqayıt" (2:1), "Real Bakı" - "Dirçəliş" (6:2) oyunları bir gün əvvəl keçirilib.

Minifutbol üzrə Azərbaycan çempionatı. 4-cü tur

"Veteran" - "Turan" 3:2

"Zirə" - "İnter” 5:2

"Dinamo Gəncə" - "Abşeron" 5:7

"Birbaşa Bakı" - "Siyəzən" 11:1

Xal durumu: "Birbaşa Bakı", "Zirə" - 12, "Odlar Yurdu" - 9, "Aznur", "Qalaxy Bakı", "Real Bakı", "Veteran", "Abşeron" - 7, "Dinamo Gəncə" - 6, "Turan" - 5, "İnter", "Atəşgah Suraxanı" - 4, "Dirçəliş" - 3, "Baku Fire" - 1, "Siyəzən", "Sumqayıt" - 0.