Azərbaycan çempionatında 1/4 finalın cütləri müəyyənləşib

Azərbaycan çempionatında 1/4 finalın cütləri müəyyənləşib

Mini futbol üzrə ölkə çempionatında pley-off mərhələsinə yüksələn bütün kollektivlər müəyyənləşib.

Mediasport.az xəbər verir ki, oyunların təqvimi də açıqlanıb.

İki matçdan ibarət olacaq 1/4 final mərhələsində  “Zirə” - “Aznur”, “Birbaşa Bakı” - “İnter”, “Odlar Yurdu” - “Abşeron”, “Real Bakı” - “Qalaksi” görüşləri keçiriləcək.

İlk qarşılaşmalar aprelin 3-ü, cavab görüşləri aprelin 10-da baş tutacaq.