Dünya çempionatı: Yığmamız məğlub olsa da, pley-offa yüksəldi

 Dünya çempionatı: Yığmamız məğlub olsa da, pley-offa yüksəldi

Xorvatiyanın Malıy Loşin şəhərində U-23 milli komandalar arasında minifutbol üzrə dünya çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, Azərbaycan yığması qrup mərhələsində 3-cü görüşünü keçirib.

B qrupunda yer alan Rəcəb Fərəczadənin komandası son turda Çexiya millisinə məğlub olub - 0:2.

Buna baxmayaraq, təmsilçimiz qrupda üçüncü yeri tutaraq 1/4 finala yüksəlib.

Burada rəqibimiz İngiltərə millisi olacaq, matç Bakı vaxtilə 20:00-da başlanacaq.

Xatırladaq ki, komandamız qrup mərhələsində ilk matçda Serbiyaya 1:5 hesabı ilə uduzub, ikinci qarşılaşmada Hindistan yığmasına 16:0 hesabı ilə qalib gəlib.