Birinci vitse-prezident Həsrət Cəfərovla bağlı paylaşım edib

Birinci vitse-prezident Həsrət Cəfərovla bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürünc medal mükafatı qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovu təbrik edib.

Mediasport.az xəbər verir ki, bu barədə birinci xanım sosial şəbəkədə yazıb.

"Ura! Növbəti qələbəmiz! Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!".

Xatırladaq ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov 3-cü yer uğrunda qarşılaşmada qırğızıstanlı Amantur İsmayılova 8:0 hesabı ilə qalib gəlib.