Paris-2024: Azərbaycan idmançıları üçün günün PROQRAMı

Paris-2024: Azərbaycan idmançıları üçün günün PROQRAMı

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir.

Mediasport.az xəbər verir ki, bu gün Azərbaycanın daha yeddi idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi mübarizəyə başlayacaq.

Saat 10:00 - kişilərin fərdi yarışında triatlonçumuz Rostislav Pevtsov çıxış edəcək.

Saat 11:30 - akademik avarçəkmədə Diana Dımçenko 1/4 finalda yarışacaq.

Saat 12:00 - Cüdoçu Zelim Tçkayev (81) 1/16 final səddini keçməyə çalışacaq.

Saat 13:00 - Üzgüçü Ramin Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində mübarizə aparacaq.

17:30 - Bokçsumuz Nicat Hüseynov (51 kq) və 18:18-də Murad Allahverdiyev (80 kq) rinqə çıxacaq. Nicat 1/16 finalda Dominikan təmsilçisi Junior Alkantara Reyeslə, Murad isə misirli Abdelrahman Abdelcavvadla qarşılaşacaq.

Saat 20:24 - sıralama turunda 647 xalla 39-cu yeri tutan kamandan oxatan Yaylagül Ramazanova 1/32 finalda çinli An Qixuanla görüşəcək.

Saat 23:00 - qadınlardan ibarət 3x3 basketbol millimiz ilk mərhələdə İspaniya yığması ilə üz-üzə gələcək.

Xatırladaq ki, avqustun 11-də başa çatacaq olimpiadada Azərbaycanın aktivində bir medal var. Cüdoçu Hidayət Heydərov (73 kq) Olimpiya çempionu olub.