Gimnastika millimiz Olimpiya Oyunlarında mübarizəyə başlayıb
Azərbaycan gimnastlarından ibarət qrup komandası Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Mediasport.az xəbər verir ki, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət yığmamız ilk olaraq halqalarla çıxış edib.
Gimnastlarımızın çıxışı münsiflər heyəti tərəfindən 33,850 balla qiymətləndirilib.
Komandamız ikinci hərəkəti 3 lent və 2 topla olacaq.
Qeyd edək ki, təsnifat mərhələsində 14 yığma mübarizə aparır.
İki hərəkətin cəmində ən yaxşı nəticəyə malik 8 komanda sabah keçiriləcək final raunduna yüksələcək.