İdmançımız Paralimpiya Oyunlarında gümüş medal qazandı
Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.
Mediasport.az xəbər verir ki, S12 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə arxasıüstə üzməkdə fərqlənib.
Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.
Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin üçqat qızıl mükafatçısıdır.
Qeyd edək ki, daha əvvəl paratekvondoçularımız İmaməddin Xəlilov (70 kiloqram) qızıl, Sabir Zeynalov (58 kiloqram) isə bürünc medal əldə ediblər.