"Bizi indi "Sabah" maraqlandırır, sonrası sonra düşünərik, vaxtımız olacaq" - Serbiya klubunun rəsmisi
Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"la üz-üzə gələcək "Partizan"ın idman direktoru İviça Kral qarşıdakı 2 görüş haqda Serbiya mətbuatına açıqlama verib.
mediasport.az xəbər verir ki, Belqrad klubunun rəsmisi hazırda əsas fikirlərini təmsilçimizlə oyunlara köklədiklərini deyib.
Keçmiş qolkiper pley-off mərhələsinin püşkatması barədə ünvanlanan suala maraqlı cavab verib: "Styaua" (Rumıniya) / "Norşellan" (Danimarka) cütünün qalibi ilə qarşılaşmaq üçün biz əvvəlcə "Sabah"ı keçməliyik. Ona görə indi bizi yalnız bu rəqib maraqlandırır. Sonrası sonra düşünərik, bunun üçün vaxtımız olacaq".
Qeyd edək ki, "Sabah" - "Partizan" duelləri avqustun 10-da Bakıda və 17-də Serbiyada keçiriləcək.