"Kəpəz"də futbolçular əlbəyaxa oldular, yumruqlar işə düşdü

"Kəpəz"də futbolçular əlbəyaxa oldular, yumruqlar işə düşdü

Premyer Liqada yerini qorumaq uğrunda yarışan "Kəpəz"də xoşagəlməz hadisə baş verib.

Məlumata görə, Gəncə təmsilçisinin paltardəyişmə otağında futbolçular arasında əlbəyaxa dava düşüb.

Yumruqların ön plana keçdiyi qalmaqalın əsas iştirakçıları Junyor Martins, Adama Niane və Tural Rzayev olub.

Olay Niane ilə Junyorun sözünün çəp gəlməsi üzündən yaranıb.

Malili hücumçu ona performansından dolayı narazılığını bildirən braziliyalı vingerə yumruqla cavab verib.

Zərbələrdən biri aranı sakitləşdirməyə çalışan Turala dəyib. Komandanın digər üzvlərinin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.

Qərblilərin baş məşqçisi Adil Şükürov xoşagəlməz hadisənin səbəbkarı Nianeni əsas heyətdən qovub və rəhbərlikdən ona maddi cərimə kəsilməsini tələb edib.

29 yaşlı forvardın yayda komandadan göndərilməsi qərarlaşdırılıb.

Mediasport.az