La Liqada "Barselona"ya 3 qol vuran Boatenq "Qarabağ"da! - FOTO

La Liqada "Barselona"ya 3 qol vuran Boatenq "Qarabağ"da! - FOTO

Qana milli komandasının hücumçusu Emmanuel Boatenq "Qarabağ"a keçib. 

Mediasport.az xəbər verir ki, afrikalının "Vikipediya" axtarış səhifəsində hazırkı klubu məhz Ağdam təmsilçisi göstərilir.

Kifayət qədər yaxşı karyerası olan 28 yaşlı forvard “Riu Ave”, “Moreyrense”, “Levante”, “Dalian” kimi klublarda oynayıb.

O, 2018-ci il mayın 13-də İspaniya La Liqasında "Barselona" ilə matçda het-trik etməsilə yadda qalıb, komandası "Levante" 5:4 hesablı qələbə qazanıb.

Bu, Boatenqin karyerasında ilk het-trik olub.

Azad agent olan hücumçu 2018-ci ildən dəvət aldığı Qana millisində 6 oyun keçirib, 1 qol vurub.