BOK-un prezidenti: "Beynəlxalq idman sistemi təhlükə altında idi"

BOK-un prezidenti: "Beynəlxalq idman sistemi təhlükə altında idi"

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax Rusiya və Belarus haqqında sərt çıxış edib.

mediasport.az xəbər verir ki, Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Baş Assambleyasının iclasında danışan Bax bu ölkələrə qarşı tətbiq edilən sanksiyaların davam etdirilməsini labüd sayıb.

"Rusiya və Belarusa qarşı sanksiyalar davam etməlidir. Bu ölkələrin idmançılarını və onların nümayəndələrini turnirlərə buraxmamağı tövsiyə edirik. Hökumətlər idman federasiyalarına müdaxilə etməyə başlayanda bunu etməli olduq. Beynəlxalq idman sistemi təhlükə altında idi".