"Araz-Naxçıvan"dan Çempionlar Liqasında növbəti darmadağın
Futzal üzrə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "Araz-Naxçıvan" H qrupunda ilkin mərhələdə ikinci oyununu keçirib.
Mediasport.az xəbər verir ki, H qrupunda mübarizə aparan Azərbaycan çempionu "Araz-Naxçıvan" Estoniya təmsilçisi "Sillamae Silla" ilə qarşılaşıb.
Muxtar Respublika klubu ilk matçında "Sparta Belfast"ı (Şimali İrlandiya) darmadağın edib - 7:1.
Vitali Borisovun çalışdırdığı komanda 24 avqustda "Uddevalla" ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası. İlkin mərhələ. H qrupu
"Sillamae Silla" (Estoniya) - "Araz-Naxçıvan" (Azərbaycan) 0:7
Qollar: Qollar: Amadeu, 4:54, Yaniç, 12:01, Kadinyo, 15:54, 25:54, K.Manafov, 24:39, Ü.Əliyev, 32:32, X.Ağalızadə, 34:03.
“Sillamae Silla”: 12. Azuaxe (q), 7. Salas, 10. Peres, 13. Qusev, 77. Maşinistov (k), 90. Taar (q), 3. Qonçarov, 8. Manni, 9. Anton Pfeninq, 17. Tsoqankov, 22. Bazkov, 23. Kuropyatnik, 57. Dikopavlenko, 99. Şmigelski.
Baş məşqçi: Artyom Maşinist.
“Araz-Naxçıvan”: 1. Emin Kürdov (q, k), 9. Emil Həsənzadə, 11. Yaqo Enrike, 17. Kadinyo, 20. Amadeu, 12. Kamran Hacıyev (q), 19. Vladislav Reznov (q), 5. Lazar Milosavlyeviç, 6. Kake, 7. Yaniç Aleksandr, 8. Covanni Valerio, 10. Kənan Manafov, 14. Xəzər Ağalızadə, 18. Ülvi Əliyev.
Baş məşqçi: Vitali Borisov.