Bölgə klubunun göndərdiyi forvard Bolqarıstanda oynayacaq - RƏSMİ
"Turan Tovuz"un qış fasiləsində komandadan göndərdiyi Martin Petkovun yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, şəxsi səbəblərdən stress yaşayan bolqar forvard karyerasını vətənində davam etdirəcək.
22 yaşlı hücumçu Superliqa təmsilçisi “Lokomotiv”lə (Plovdiv) 1,5 illik müqavilə bağlayıb.
"Dəmiryolçular" cari liqada 5-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, Tovuz klubunun heyətində 2023/2024-cü illər mövsümünə yaxşı başlayan Petkov ölkəmizdə 10 oyuna 3 qol vurub.