Diniyev üçün yeni baş məşqçi

Diniyev üçün yeni baş məşqçi

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyəspor"un yeni baş məşqçisi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, I Liqa təmsilçisini Mustafa Gürsel çalışdıracaq.

48 yaşlı mütəxəssis bir neçə gün əvvəl istefaya göndərilən Mustafa Eri əvəzləyib.

"Ümraniyespor" cari mövsüm keçirdiyi 4 oyunda 2 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.