"Zirə" və "Sabah"ın keçmiş hücumçusu Argentina klubuna keçdi - RƏSMİ
2019-cu ildə "Zirə"nin Azərbaycana gətirdiyi, daha sonra "Sabah"da çıxış etmiş Xulio Sezar Rodrigesin yeni klubu bəlli olub.
mediasport.az xəbər verir ki, 33 yaşlı paraqvaylı karyerasını Argentinada davam etdirəcək.
Rodriges bu ölkənin B liqasında yarışan "Gilyermo Braun" klubu ilə müqavilə bağlayıb.
Mərkəz hücumçusu 2019/2022-ci illər ərzində Azərbaycanda ümumilikdə 68 oyun keçirib, 18 qol vurub.