Dünya çempionatını keçirmək hüququ bu ölkəyə verildi - RƏSMİ
20 may - 11 iyun tarixlərində 20 yaşadək futbolçulardan ibarət milli komandaların Dünya çempionatına ev sahibliyi hüququ Argentinaya verilib.
mediasport.az xəbər verir ki, İndoneziyanı təşkilatçılıqdan məhrum edən FİFA bu barədə açıqlama yayıb.
Dünya futbol təşkilatının nümayəndə heyəti ərizə ilə müraciət edən Cənubi Amerika ölkəsinə yollanaraq mundialın keçirilməsi üçün nəzərdə tutulan stadionlara baş çəkib, rəy müsbət olduğundan yekdil qərar çıxarılıb.
Dünya çempionatının birinci mərhələsində 24 komanda 6 qrupda yarışacaq. Argentina millisi ev sahibi kimi İndoneziya yığmasını əvəz edəcək.