Avropa çempionatında iştirak etməyəcək ən bahalı millilər

Avropa çempionatında iştirak etməyəcək ən bahalı millilər

Məşhur "Transfermarkt" portalı yayda Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsində iştirak hüququ qazana bilməyən ən bahalı heyətə malik milli komandaların siyahısını tərtib edib.

Mediasport.az xəbər verir ki, sıralamaya 335,4 milyon avro ilə Norveç yığması başçılıq edir.

İsveç (206,9 milyon avro) ikinci, İrlandiya (161,6 milyon avro) üçüncü pillədə qərarlaşıb.

İlk "5-liy"i Rusiya (157,3 milyon avro) və Şimali Makedoniya (54,5 milyon avro) milliləri qapayır.

Qeyd edək ki, Rusiya UEFA-nın qərarına əsasən Ukrayna ilə müharibə səbəbindən AVRO-2024-ün seçmə mərhələsində iştirak etməyib.