Azarkeşlər 7 min manatlıq bilet aldı, "Turan Tovuz" pulu Türkiyəyə göndərdi

Azarkeşlər 7 min manatlıq bilet aldı, "Turan Tovuz" pulu Türkiyəyə göndərdi

Ddigər oyunlarda olduğu kimi, Premyer Liqanın 22-ci turunun "Turan Tovuz" - "Kəpəz" (2:0) görüşündə də qardaş Türkiyədə fevralın 6-da baş vermiş dəhşətli zəlzələnin qurbanlarının xatirəsi anıldı.

mediasport.az xəbər verir ki, klub və azarkeşlər oyunboyu müxtəlif formalarla qardaş ölkəyə dəstəklərini nümayiş etdirdilər.

Bundan savayı, 30 mindən çox insanın həyatını itirdiyi faciə ilə əlaqədar xeyriyyə aksiyası təşkil edən Tovuz klubu bilet satışından əldə olunan məbləğin hamısını Türkiyəyə göndərib. "Turan Tovuz" 7000 manat civarında məbləği Türkiyədə AFAD-ın (Fövqəladə Halların İdarə Olunması Mərkəzi) bank hesabına köçürüb.