Bu futbolçunu "Alov qüllələri"ndən birbaşa Ukraynaya apardılar - VİDEO

Bu futbolçunu "Alov qüllələri"ndən birbaşa Ukraynaya apardılar - VİDEO

"Səbail"dən ayrılan ukraynalı futbolçu Petro Stasyuk karyerasını ölkəsində davam etdirəcək.

MediaSport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi LNZ ilə müqavilə bağlayıb.

Çerkassı təmsilçisi Stasyukun keçidi ilə bağlı maraqlı video-təqdimat hazırlayıb.

Xatırladaq ki, ötən mövsümü birinci divizionda keçirmiş komanda Premyer Liqaya yüksəlmək uğrunda pley-off görüşlərində "İnqulets"i üstələyərək yüksək liqada oynamaq imkanı qazanıb.

Ayxan