AFFA-da MÜHÜM TOPLANTI - Premyer Liqada klub sayının artırılmasına dair QƏRAR veriləcək
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Mediasport.az xəbər verir ki, saat 15:00-da başlanacaq toplantıda bir sıra məsələlər müzakirə olunacaq.
Müzakirə mövzuları sırasında əsas gözlənti Premyer Liqada klub sayının artırılıb-artırılmaması olacaq.
İK-in ümumilikdə gündəliyinə daxil edilən məsələlər aşağıdakı kimidi:
1) AFFA-nın inkişafı strategiyasının müzakirəsi, inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması
2) Azərbaycan Premyer Liqasında komanda sayının artırılması
3) 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin müzakirəsi
4) 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi.