Volkan Üstün "CBC Sport" erası BAŞA ÇATDI: Məmmədov gətirilir!

Volkan Üstün "CBC Sport" erası BAŞA ÇATDI: Məmmədov gətirilir!

2015-ci ildən fəaliyyət göstərən "CBC Sport" kanalında rəhbər dəyişikliyi baş verəcək.

Mediasport.az saytına verilən məlumata görə, AFFA-nın yeni rəhbərliyi telekanalda 2016-cı ildən direktor funksiyasını yerinə yetirən Volkan Üstü bugünlərdə yola salacaq.

TV qeyri-rəsmi olaraq federasiyanın yeni vitse-prezidentlərindən Balakişi Qasımovun nəzarətinə verilib.

Eyni zamanda İTV-nin baş direktoru vəzifəsini icra edən Qasımovun "CBC Sport"da direktor postunu Volkan Üstün hazırkı müavini Aslan Məmmədova həvalə edəcəyi bildirilir.

"Xəbərlər" departamentinin rəhbəri Şəmsəddin Abbasovun da direktor təyin edilmək şansı az deyil.

Təbii ki, Qasımov hər bir halda SOCAR-dan maliyyələşən kanala nəzarəti tamamən öz əlində saxlayacaq.