Bu komanda 24-cü Azərbaycan Kubokunun qalibi adını qazandı
“ASCO Arena”da həvəskar komandalar arasında 24-cü ölkə kubokunun final oyunu keçirilib.
MediaSport.az xəbər verir ki, Azərbaycan ordusunun yaradılmasının və hərb təhsilinin 105, Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin 65, məktəbin 45-ci buraxılışının 45 illik yubileyinə həsr olunmuş kubokun final oyununda “Topçular” və “Ərkivan Masallı” komandaları qarşılaşıblar.
Görüşün əsas vaxtı 5:5 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda daha 2 qol vuran və yekunda 7:5 hesabı ilə qalib gələn “Ərkivan Masallı” komandası ölkə kubokunu qazanıb. Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub.
Komandalara mükafatları Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov, baş katib Füzuli Nəcəfov, “Tankçılar Birliyi” komandasının rəhbəri Hacı Əzimov və futbol mütəxəssisi Ramil Əliyev veriblər.
Final oyununu idarə edən hakimlərə diplomlar, hər iki komandaya medallar, qalibə isə kubok təqdim edilib.