"Beşiktaş" baş məşqçi postuna Qurban Qurbanovu istəyir!
Türkiyə nəhəngi "Beşiktaş” baş məşqçi postuna “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovu gətirmək istəyir.
Mediasport.az “Fotospor” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin idman direktoru Samet Aybaba 52 yaşlı mütəxəssislə uğur qazanacaqlarına inandığını düşünür.
Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"lə Almaniyada baş tutan cavab görüşünü (3:2) stadiondan izləyən klub rəsmisi hazırkı baş məşqçi Fernandu Santuşun yerinə layiqli namizəd kimi Qurbanovu gördüyünü deyib.
O, canlı izlədiyi Ağdam klubunun hücumçusu Olavio Juninyo ilə yanaşı, təcrübəli məşqçi ilə də bağlı raport hazırlayıb və rəhbərliyə təqdim edəcəyini vurğulayıb.
“Qara qartallar” Superliqada 30 turdan sonra 46 xalla dördüncü pillədə qərarlaşıblar.
Xatırladaq ki, Qurban Qurbanovun "Qarabağ"la müqaviləsi 2025-ci ilin yayına qədərdir.