"Qalatasaray" darmadağın etdi - Çempionlar Liqasında III raund
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
mediasport.az xəbər verir ki, ilk oyun günündə 6 görüş keçirilib.
II raundda "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Rakuv" Polşada Kiprin "Aris" klubundan güclü olub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" Sloveniyada "Olimpiya"nı darmadağın edib. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" - HİK (Finlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası isə Yunanıstanda AEK-lə qarşılaşmalı olsa da, azarkeşlər arasında baş vermiş insident nəticəsində yerli fanatın öldürülməsi səbəbindən qarşılaşma təxirə salınıb.
Raundun qalan 3 oyunu bu gün baş tutacaq.
UEFA Çempionlar Liqası. III təsnifat mərhələsi. İlk oyunlar
22:00. "Rakuv" (Polşa) - "Aris" (Kipr) 2:1
Qollar: Vladislav Koçergin, 7. Fabian Pyasetski, 63 - Mixlali Mayambela, 89
22:00. "Kopenhagen" (Danimarka) - "Sparta" (Çexiya) 0:0
22:30. PSV (Niderland) - "Şturm" (Avstriya) 4:1
Qollar: İsaak Babadi, 4. Luk de Yonq, 22; 32. İbrahim Sanqare, 73 - Con Qorents-Stankoviç, 40
22:45. "Klaksvik" (Farer adaları) - "Mölde" (Norveç) 2:1
Qollar: Arni Frederiksberq, 64; 86 - Maqnus Eykrem, 49
23:00. "Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə) 0:3
Qollar: Kerem Aktürkoğlu, 9. Dris Mertens, 48. Halil Dervişoğlu, 90+1
23:00. "Braqa" (Portuqaliya) - "Baçka TopAla" (Serbiya) 3:0
Qollar: Bruma, 17. Pitsi, 19. Tiaqu Calo, 87