CAS "Qarabağ"ın futbolçusu ilə bağlı qərar verdi, "Sabah" sevindi

 CAS "Qarabağ"ın futbolçusu ilə bağlı qərar verdi, "Sabah" sevindi

FİFA-nın ardından İdman Arbitraj Məhkəməsi (CAS) də vaxtilə "Sabah"da oynamış Bəhlul Mustafazadənin transferi ilə bağlı müsbət qərar verib.

Mediasport.az xəbər verir ki, qurum “Sabah” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu arasında olan mübahisəli məsələni təmsilçimizin xeyrinə həll olunmasına dair yekun qərar çıxarıb.

CAS “Əl-Əyn”in şikayətini təmin etməyərək, FİFA-nın daha öncə "Sabh"ın xeyrinə qəbul etdiyi qərarı qüvvədə saxlayıb.

Qərarda “Əl-Əyn” klubunun 2021-ci ildə bağlanmış müqaviləyə əsasən Bəhlul Mustafazadənin transferi üçün nəzərdə tutulmuş məbləği “Sabah”a ödəməli olması qeyd edilib.