Anri Fransa millisində - RƏSMİ
Fransanın əfsanəvi futbolçusu Tyerri Anrinin yeni iş yeri müəyyənləşib.
mediasport.az xəbər verir ki, 46 yaşlı dünya çempionu Fransanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi təyin olunub.
Onunla 2 illik müqavilə imzalanıb və qarşısına 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında uğur qazanmaq vəzifəsi qoyulub.
Tyerri Anri bundan əvvəl Belçika yığmasında (2016-2018, 2021-2022) köməkçi məşqçi, “Monako” və Kanadanın “Monreal İmpakt” komandalarında baş məşqçi olub.