Argentina yığmasının keçmiş futbolçusu 3 illik müqavilə bağladı
Argentina nəhəngi “River Pleyt”in yeni baş məşqçisi rəsmiləşib.
mediasport.az xəbər verir ki, Buenos-Ayres təmsilçisini millinin sabiq futbolçusu Martin Demiçelis çalışdıracaq.
Bunadək "Bavariya"nın ikinci komandasının baş məşqçisi olan 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Anlaşma 2025-ci ilin dekabrına qədər nəzərdə tutulub.