Çempionlar Liqası: "Qarabağ"ın daha bir potensial rəqibi məlumdur
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində daha bir potensial rəqibi məlum olub.
Mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandasının qarşılaşaca biləcəyi mümkün rəqiblər sırasına "Dinamo" (Minsk) da qoşulub.
Belarus təmsilçisi səpələnməmişlər səbətində yer alacaq.
Buna qədər bu səbətdə "Ordabası" (Qazaxıstan), "Panevejis" (Litva), "Vikinqur" (İslandiya) və "Virtus" (San-Marino) komandaları yer almışdı.
5 klubun isə hansı səbətdə yer alacağı qeyri-müəyyəndir. Bunlar RFŞ (Latviya), "Dinamo" (Batumi, Gürcüstan), "Selye" (Sloveniya), "Hamrun" (Malta) və "Larne" (Şimali İrlandiya) kollektivləridir.
Çempionlar Liqasında1-ciI təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq