"Səbail" Premyer Liqada qaldı, "Şamaxı" diviziona düşdü, "Qəbələ" Konfrans Liqasında - Premyer Liqa
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023-cü illər mövsümünün sonuncu - 36-cı turuna start verilib.
mediasport.az xəbər verir ki, yekun tur xüsusilə iki komanda - "Səbail" və "Şamaxı" üçün tarixi əhəmiyyət daşıyırdı.
Beləliklə, Bayıldakı matçda minimal hesablı qələbə qazanan "Səbail" Premyer Liqadakı mövqeyini qoruyub. "Şamaxı" isə 1-ci diviziona düşüb.
Turun daha erkən saatda başlanan digər iki matçı avrokuboklar baxımından vacib rol oynayırdı. Lakin "Qəbələ" doğma meydanda "Kəpəz"lə görüşdə bərabərliyi təmin etdiyindən "Zirə"nin Sumqayıtda eyniadlı komandaya 3:0 hesabla qalib gəlməsinin əhəmiyyəti qalmayıb.
Turnir cədvəlində mövqe baxımından əhəmiyyətsiz, amma prestij üçün önəm daşıyan "Neftçi" - "Sabah" və "Qarabağ" - "Turan Tovuz" matçları sabah oynanılacaq. Xüsusən qeyri-sabit çıxışlarla azarkeşlərini incik salan "Neftçi"nin Masazır təmsilçisi ilə qarşılaşması kifayət qədər maraqlı alına bilər.
Azərbaycan Premyer Liqası. 36-cı tur
27 may (şənbə)
17:30. “Sumqayıt” – “Zirə” 0:3
Qollar: Rəhim Sadıxov, 11, 65, Toni Qomes, 89.
“Kapital Bank Arena”
17:30. “Qəbələ” – “Kəpəz” 1:1
Qollar: İsnik Alimi, 45+4-pen., - Zamiq Əliyev, 80.
Qəbələ şəhər stadionu
20:00. “Səbail” – “Şamaxı” 1:0
Qol: Franko Mazurek, 45+1.
“ASCO Arena”
28 may (bazar)
17:00. “Neftçi” – “Sabah”
“Bakcell Arena”
19:30. “Qarabağ” – “Turan Tovuz”
“Azersun Arena”
1 | Qarabağ | 35 | 27 | 6 | 2 | 88-24 | 87 |
2 | Sabah | 35 | 25 | 6 | 4 | 75-23 | 81 |
3 | Neftçi | 35 | 19 | 8 | 8 | 62-38 | 65 |
4 | Qəbələ | 35 | 13 | 10 | 12 | 46-46 | 49 |
5 | Zirə | 35 | 12 | 11 | 12 | 42-46 | 47 |
6 | Turan Tovuz | 35 | 10 | 9 | 16 | 35-46 | 39 |
7 | Sumqayıt | 35 | 8 | 7 | 20 | 26-67 | 31 |
8 | Kəpəz | 35 | 6 | 12 | 17 | 33-61 | 30 |
9 | Səbail | 35 | 6 | 8 | 21 | 31-62 | 26 |
10 | Şamaxı | 35 | 4 | 13 | 18 | 26-51 | 25 |
Bombardirlər:
Ramil Şeydayev ("Qarabağ") - 22 qol
Musa Qurbanlı ("Qarabağ") - 20 qol
Coy Lens Mikels ("Sabah") - 17 qol
Emin Mahmudov ("Neftçi") - 16 qol
Aleksey Kaşuk ("Sabah") - 16 qol