"Səbail" onu da yola saldı - RƏSMİ

"Səbail" onu da yola saldı - RƏSMİ

"Səbail" daha bir futbolçusunu yola salıb.

Klubdan mediasport.az saytına verilən məlumata görə, "Neftçi"nin yetirməsi Mirabdulla Abbasovla başa çatan müqavilə yenilənməyib.

"Dənziçilər"dən daha əvvəl Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Maksim Çex və Matiya Lyuyiç ayrılıb.

Düşərgəyə hələlik rəsmi olaraq yalnız "Sumqayıt"dan ayrılan Süleyman Əhmədov cəlb edilib. Sumqayıt klubu ilə vidalaşan daha bir futbolçu - Rüfət Abdullazadə isə Bayıl təmsilçisi ilə sabah müqavilə bağlayacaq.