Yığmamız Avropa Superfinalının ikinci oyununda məğlub olub
Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunan Avropa Superfinalında keçirdiyi növbəti oyunda uduzub.
Mediasport.az xəbər verir ki, Zeynal Zeynalovun baş məşqçi olduğu kollektiv ikinci görüşdə Rumıniya ilə bacarmayıb.
Qarşılaşma rəqibin 4:2 hesablı qələbəsi ilə bitib. Azərbaycanın qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurublar.
Qeyd edək ki, milli ötən gün Türkiyəni məğlub etmişdi. Sentyabrın 21-də isə rəqib İsveçrə yığması olacaq.