Çempionlar Liqasında finala çıxan baş məşqçi istefaya göndərildi

Çempionlar Liqasında finala çıxan baş məşqçi istefaya göndərildi

Dortmund "Borussiya"sını 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının finalına çıxaran Edin Terziç istefa verib.

Mediasport.az xəbər verir ki, Almaniya klubu 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıqla şəkildə xitam verib.

Komanda Terzçin rəhbərliyi altında son mövsümü Bundesliqada 63 xalla 5-ci pillədə başa vurub.

"Borussiya" ÇL finalında Madrid "Real"ına 0:2 hesabı ilə məğlub olub.

Onu köməkçi-məşqçi Nuri Şahinin əvəzləyəcəyi bildirilir.

Almaniyalı məşqçi 2010-cu ildən "Borussiya"da müxtəlif vəzifələrdə çalışıb, 2022-ci ildən əsas komandaya rəhbərlik edirdi.