Biri düşdü, biri qalxdı - RƏSMİ

Biri düşdü, biri qalxdı - RƏSMİ

Futbol üzrə Türkiyə Super Liqasını tərk edən ilk komanda müəyyənləşib və 1-ci liqadan elitaya yüksələn ikinci komanda məlum olub.

mediasport.az xəbər verir ki, birinci liqanın son turunda doğma meydanda "Altınordu" ilə qolsuz heç-heçə edən "Rizəspor" bir illik fasilədən sonra Superliqaya qayıdıb.

Daha əvvəl "Samsunspor" əsas liqaya yüksəlmişdi. Super Liqaya son vəsiqənin sahibi pley-off görüşlərindən sonra bəlli olacaq.

Superliqanı ilk tərk edən ilk komanda isə "Ümraniyəspor"dur. İstanbul təmsilçisi hesabat turunda doğma meydanda "Ankaragücü"nə 1:2 hesabı ilə məğlub olmaqla elitada qalmaq şansını itirib.