1-ci turun ən gözəl qolunun müəllifi olmağa namizədlər müəyyənləşib
UEFA-nın rəsmi saytında Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun ən yaxşı qolunun müəllifi olmaq uğrunda namizədlərin siyahısını açıqlanıb.
Mediasport.az xəbər verir ki, qalib adını qazanmaq üçün 4 matçdan 4 iddialının vurduğu qol seçilib.
Namizədlər arasında "Atletiko" (Madrid) ilə matçın (1:1) 90+5-ci dəqiqəsində hesabı bərabərləşdirən "Latsio"nun qapıçısı İvan Provedel, "Antverpen"i böyük hesabla məğlub edən (5:0) “Barselona”nın hücumçusu Joau Feliş, “Sevilya” ilə oyunda (1:1) hesabı bərabərləşdirən “Lans”ın yarımmüdafiəçisi Anjelo Fülji və "Kopenhagen"lə matçın (2:2) 88-ci dəqiqəsində komandasını məğlubiyyətdən xilas edən "Qalatasaray"ın cinah futbolçusu Tetenin adı yer alıb.