ÇL-də erkən final: "Mançester Siti" "Bavariya"ya, "Benfika" "İnter"ə qarşı
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.
mediasport.az xəbər verir ki, ilk oyun günündə azarkeşlər iki görüş izləyəcəklər.
İstanbula gedən yolda daha çox erkən final adlandırıla biləcək "Mançester Siti" - "Bavariya" qarşılaşması diqqət mərkəzində olacaq. Digər iki oyun sabah keçiriləcək.
UEFA Çempionlar Liqası. 1/4 final. İlk oyunlar
23:00. "Mançester Siti" (İngiltərə) - "Bavariya" (Almaniya)
Baş hakim: Xesus gil Mansano (İspaniya)
Mançester, "Etihad" stadionu.
23:00. "Benfika" (Portuqaliya) - "İnter" (İtaliya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Lissabon, "Eştadiu du Benfika" stadionu.