Cüdoçularımızın rüsvayçılığı davam edir - Mehdiyev startda uduzdu

Cüdoçularımızın rüsvayçılığı davam edir - Mehdiyev startda uduzdu

Azərbaycanın cüdoçularının Özbəkistan fiaskosu davam edir. Daha bir təmsilçimiz Daşkənddə keçirilən Dünya çempionatında uğursuz çıxışı ilə yadda qalıb.

MediaSport.az xəbər verir ki, 90 kq-da yarışan Məmmədəli Mehdiyev elə ilk - 1/16 final mərhələsində Kristian Parlatiyə (İtaliya) qızıl xal bölümündə məğlub olub. 

Dünya çempionatında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb. Ona qədərsə Kəramət Hüseynov (60 kq), Leyla Əliyeva (48 kq), Orxan Səfərov və Yaşar Nəcəfov (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Səid Mollayi və Elcan Hacıyev (81 kq) dünya çempionatını medalsız başa vurublar. Ölkəmiz yarışda 11 cüdoçu ilə təmsil olunurdu.

DÇ-yə oktyabrın 13-də yekun vurulacaq.