Yığmanın heyətində ciddi itki
Qadınlardan və kişilərdən ibarət cüdo üzrə Azərbaycan milli komandaları Portuqaliyanın Odivelaş şəhərində keçiriləcək Qran-pridə iştirak edəcəklər.
Mediasport.az xəbər verir ki, yığmanın üzvü Leyla Əliyeva (48 kq) zədəli olduğu üçün mübarizədən kənarda qalacaq. Məşqçi korpusu və tibbi personal onun yarışda iştirak etməməsini qərara alıb.
Qran-pridə Azərbaycan 16 cüdoçu ilə təmsil olunacaq. Qadınların yarışında Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq), kişilərdə isə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq) ), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaqlar.
Xatırladaq ki, Qran-pri yanvarın 26-28-i aralığında keçiriləcək.