3 cüdoçumuz Paralimpiya Oyunlarına lisenziya əldə etdi

3 cüdoçumuz Paralimpiya Oyunlarına lisenziya əldə etdi

Paris-2024 Paralimpiya Oyunlarında 3 paracüdoçumuz mübarizə aparacaq.

Mediasport.az xəbər verir ki, Fransanın paytaxtında kişi idmançılarımızdan İlham Zəkiyev (J1, +90 kq) mübarizə aparacaq.

Qadınların yarışında isə Xatirə İsmiyeva (J1, +70 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) medal ümidlərimiz olacaqlar.

Dürsədəf Kərimova və İlham Zəkiyev Paralimpiya Oyunlarına dünya reytinqindəki mövqelərinə görə lisenziya qazanıb.

Xatirə İsmiyevaya isə Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında Beynəlxaq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.