Daha bir futbolçu "Şamaxı"da - RƏSMİ

Daha bir futbolçu "Şamaxı"da - RƏSMİ

"Şamaxı" növbəti transferini reallaşdırıb.

mediasport.az xəbər verir ki, bölgə təmsilçisi "Kəpəz"dən ayrılan yarımmüdafiəçi Əli Səmədovla 1 illik müqavilə bağlayıb.

Komanda daha öncə hücumçu Emil Qasımov, Emin Zamanov, Zahid Mərdanovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə müqavilə yeniləyib.