"Neftçi" və "Turan Tovuz" yarımfinalda

"Neftçi" və "Turan Tovuz" yarımfinalda

Bu gün keçirilən daha iki qarşılaşma ilə Azərbaycan Kubokunda sonuncu yarımfinalçıların adları rəsmiləşib.

mediasport.az xəbər verir ki, ilk matç Tovuzda baş tutub. Ötən həftə Gəncədə 2:1 hesablı qələbəyə sevinən "Turan Tovuz" doğma meydanda "Kəpəz"lə heç-heçə oynasa da, 1/2 finala vəsiqəni təmin edib.

"Neftçi" isə ötən həftə Zirədə minimal hesabla uduzduğu eyniadlı komandadan revanş almağa və kubokda yolunu davam etdirməyə çalışıb. Əsas vaxtda 2:1 hesablı qələbə qazanan "Neftçi" ilk görüşdə məğlub olduğu üçün ümumi nəticə bərabər olub. Əlavə vaxtda fərqlənən "ağ-qaralar" yarımfinala çıxışı təmin edib. Laurentsiu Regekampfın komandası 1/2 finalda "Turan Tovuz"la üz-üzə gələcək.

1/4 finalın cavab oyunları çərçivəsində dünənki görüşlərdən sonra "Qəbələ" və "Səbail" yarımfinalın ilk cütlüyünü müəyyənləşdirib.


Azərbaycan Kuboku. 1/4 final mərhələsi. Cavab oyunları

20 dekabr (çərşənbə axşamı)

“Turan Tovuz” – “Kəpəz” 2:2

Qollar: Faiq Hacıyev 15, Xəyal Nəcəfov 17 - Fərid Nəbiyev 31, 45+3.

Qırmızı vərəqələr: Tərlan Əhmədli, oyundan sonra // Mate Kvirkviya, oyundan sonra

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Seymur Səlimli

Tovuz şəhər stadionu. İlk oyun - 2:1.
"Turan Tovuz": 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 88. Faiq Hacıyev, 30. Piruzi Marakvelidze, 19. Runi Eva, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 97. Sadiq Şəfiyev, 9. İmeda Aşortiya.
Baş məşqçi: Ayxan Abbasov.
"Kəpəz": 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 20. Mahir Həsənov, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 5. Peyman Keşavarzi, 24. Mixeil Erqemlidze.
​Baş məşqçi: Tərlan Əhmədov.


“Neftçi” – “Zirə” 2:1 (əlavə vaxt: 1:0)

Qol: Yeqor Boqomolski, 3, Emin Mahmudov, 45+1, Kenni Sayef, 95 - Loris Bronyo, 89.

Qaçırılmış penalti: Hamidu Keyta, 110.

Qırmızı vərəqələr: Təmkin Xəlilzadə, 120, Hacıağa Hacılı, 122.

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“Bakcell Arena”. İlk oyun - 0:1.

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 84. Hüseyn Babayev, 51. David Orucov, 42. Xaqan Məmmədov, 91. Ağadadaş Salyanskiy, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 16. Gilyerme Pato

Baş məşqçi: Laurentsiu Regekampf.

“Zirə”: 41. Anar Nəzirov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 26. Nemanya Andelkoviç, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.