Dani Alveş barəsində YEKUN QƏRAR: 4,5 illik həbs edilib!
Təcavüzdə ittiham edilən Braziliya milli komandasının sabiq futbolçusu Dani Alveş barəsində məhkəmə qərarı açıqlanıb.
Mediasport.az xəbər verir ki, 41 yaşlı veteran müdafiəçi zorlama ittihamı ilə 4,5 il müddətinə azadlıqdan məhrum edilib.
Alveşin 2023-cü ilin yanvarında Barselonadakı gecə klubunda 23 yaşlı qıza təcavüz etməsi təsdiqlənib. "Sambaçı" xanıma 150 min avro təzminat da ödəyəcək.
16 il (2006-2022) Braziliya millisinin formasını geyinmiş məşhur futbolçunun vəkilinin apellyasiya şikayəti təmin olunmayıb.