Türkiyədə müalicə alan PFL rəhbəri Elxan Səmədov Bakıya gətirilib
Dekabrın 16-da Xankəndi şəhərinə gedərkən Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Türkiyədəki müalicəsinin növbəti mərhələsini başa vurub.
Mediasport.az xəbər verir ki, qurum rəhbərinin vəziyyətində müsbət dinamika müşahidə olunur və həkimlərin qərarına əsasən, müalicəsini Bakıda davam etdirəcək.
E.Səmədovun “Bona Dea Hospital”da müalicə və bərpasının üçüncü hissəsinə başlanılıb. Bərpa prosesinin müddəti və digər tibbi müdaxilələrlə bağlı rəyi həkimlər verəcəklər.
Qeyd edək ki, qəzaya düşən digər əməkdaşlardan vitse-prezident Aslan Şahgəldiyevin müalicəsi hazırda xəstəxanada davam etdirilir.
Zaur Hacıməhərrəmov, Sənan Abdullayev və Elgiz Abbasov isə sağalaraq evə buraxılıblar.