Azərbaycan çayda boğulan şəxs bölgə klubunun prezidenti imiş
Ağdaş şəhər sakini, 1988-ci il təvəllüdlü Fərid Ağa oğlu Ağazadə rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.
Mediasport/az xəbər verir ki, onu sudan çıxarmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Rəhman Cəfər oğlu Əliyev də çayda boğularaq ölüb.
Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılıb.
Xatırladaq ki, Rəhman Əliyev futbol üzrə Azərbaycan 2-ci Liqa klubu “Ağdaş”ın prezidenti idi.
R.Əliyev evli olub, 3 övladı qalıb.
Allah rəhmət eləsin!