Məşhur diktor vəfat edib

 Məşhur diktor vəfat edib

Tanınmış diktor Ramiz Qafarov vəfat edib.

Mediasport.az xəbər verir ki, o, bu gün axşam saatlarında ürəktutmasından dünyasını dəyişib.

Məlumata görə, onun “Spartak” - “Xarı bülbül” voleybol matçında halı pisləşib və həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ramiz Qafarov uzun illərdir Tofiq Bəhramov adına Respublika stadionunun və "Qarabağ”ın bu arenada ev oyunlarının diktoru idi.

67 yaşında vəfat edən Ramiz Qafarov ömrünün 37 ilini diktorluğa həsr edib. Qafarov 20 ilə yaxın müddət ərzində milli komandada, 27 il ərzində isə “Neftçi”də diktor kimi işləyib. Bir müddət jurnalist kimi də çalışan Ramiz bəy həmçinin idmana həsr edilmiş bir çox mahnıların müəllifi olub. 

Allah rəhmət eləsin!