"Qarabağ"ın UEFA-ya qarşı iddiası ilə bağlı qərar təxirə salındı
İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun UEFA-ya qarşı qaldırdığı iddia ilə bağlı qərarını təxirə salıb.
Mediasport.az xəbər verir ki, CAS Azərbaycan təmsilçisinin şikayətinə avqustun 29-da baxmalı olsa da, müraciətə rəsmi cavab verməyi qeyri-müəyyən müddətədək uzadıb.
Qeyd edək ki, UEFA 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi zamanı “Qarabağ”ın mətbuat xidmətinin ozamankı rəhbəri Nurlan İbrahimovu sosial şəbəkədə yazdığı statusuna görə klubu futboldan ömürlük uzaqlaşdırıb, klubunu isə 100 min avro məbləğində cərimə edib.
Ağdam təmsilçisi qərardan şikayət versə də, keçmiş əməkdaşının cəzası qüvvədə qalıb. Klub cərimə ilə bağlı etirazını İdman Arbitraj Məhkəməsi səviyyəsində gündəmə gətirib.